İsrail prezidentinin Azərbaycana gələcəyi tarix açıqlandı

15.11.2024

Sitat.info saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail rəsmiləri Bakıda keçirilən COP29-da iştirak etmək üçün noyabrın 19-da Azərbaycana səfər edəcəklər.

Bunu APA-ya açıqlamasında İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

Səfir nümayəndə heyətinin tərkibini də açıqlayıb.

Onun sözlərinə görə, İsrail Prezidenti İshaq Hersoqun başçılıq edəcəyi nümayəndə heyətinə Nəqliyyat və yol təhlükəsizliyi naziri Miri Regev, Ətraf mühitin mühafizəsi naziri İdit Silman və Parlamentin İqlim Komitəsinin sədri Aşer Yaakov daxildir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью