İsrail Prezidentinin COP29a gəlməməsinin səbəbi nədir?

17.11.2024

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


İsrail Prezidenti İsaak Hersoqun COP29 ərəfəsində Azərbaycana səfər etməməsinin səbəbinin Türkiyənin İsrail Prezidentinin təyyarəsinin öz hava məkanından istifadəsinə qadağa qoyması olduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Caliber.az məlumat yayıb.
“Qafqazinfo”nun yaydığı məlumata görə isə, İsrail tərəfi problemin həlli üçün Azərbaycana müraciət edib.
“Hətta, Prezident Hersoq Azərbaycan Prezidenti İlham Əliyevə zəng də edib. Amma Azərbaycan tərəfinin məsələ ilə bağlı Türkiyə ilə məsləhətləşmə və müzakirələri nəticə verməyib”, - sayt yazır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью