İsrail PUA ilə hücuma keçib

09.12.2024

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu Qəzza zolağının cənubunda Rəfah şəhərinin şərqindəki Harbe əl-Ades bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum təşkil edib.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “ensonhaber.com” saytı məlumat paylaşıb.

Məlumatda qeyd edilir ki, hücumda 6 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.

İsrail ordusu Qəzzanın mərkəzi hissəsindəki əz-Zəvayidə bölgəsində məcburi köçkün olan fələstinlilərin çadırına da hücum edib. Hücumda 2 fələstinli həyatını itirib, biri körpə olmaqla 6 nəfər yaralanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью