İsrail PUA ları Qəzzaya hücum edib: ölənlər var

17.11.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail pilotsuz uçan aparatları (PUA) qüvvədə olan atəşkəs rejiminə baxmayaraq Qəzza zolağında bir neçə məhəlləni hədəfə alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı Qətərin “Əl-Cəzirə” kanalı yayıb.

Bildirilib ki, hücumlar Qəzza şəhərinin şərqində yerləşən Əl-Şucaiyyə məhəlləsinə, eləcə də şimal zolağındakı Beyt Lahiyyə yaxınlığında yerləşən Əl-Atatra ərazisinə təşkil olunub. Nəticədə bir uşaq da daxil olmaqla iki fələstinlinin həyatını itirdiyi qeyd olunur.

Xatırladaq ki, oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza münaqişəsinin həlli üzrə yaxınlaşma danışıqlarını bərpa edib. Oktyabrın 9-da tərəflər ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim olunan sülh planının birinci mərhələsini dəstəkləyib. Atəşkəsin uzadılması barədə razılaşma oktyabrın 10-da qüvvəyə minib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью