İsrail PUA sı Beyrutda avtomobili vurdu: Səkkiz nəfər öldü

12.03.2026

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

İsrail ordusuna aid pilotsuz uçuş aparatı (PUA) Livanın paytaxtı Beyrutda hərəkət edən avtomobilə zərbə endirib. Hadisə nəticəsində 8 nəfər ölüb.

Oxu.Az xəbər verir ki, məlumatı "Əl-Hadath" televiziya kanalı yayıb.

Vurulan nəqliyyat vasitəsinin "Hizbullah" qruplaşmasının üzvlərindən birinə aid olduğu bildirilir. Partlayış zamanı dəniz kənarında qurulmuş çadırlarda yatan qaçqınlar da həlak olublar.

Gecə saatlarında Beyrutun Ramlet əl-Beida istiqamətində hərəkət edən təcili tibbi yardım avtomobillərinin həyəcan siqnalları fasiləsiz olaraq eşidilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью