İsrail PUA sının hücumu nəticəsində “Hizbullah” komandiri öldürülüb

06.05.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA-nın Livanın cənubunda “Hizbullah”a məxsus avtomobilə hücumu nəticəsində səhra komandiri Adnan Hərb öldürülüb.

APA xəbər verir ki, bu barədə “Lebanon 24” xəbər portalı məlumat yayıb.

Məlumata görə, hücum avtomobil yolunun Kfar Rumman və Nəbatiyyə yaşayış məntəqələri arasında yerləşən hissəsində olarkən həyata keçirilib.

Qeyd edək ki, bu, ilin əvvəlindən bəri İsrailin pilotsuz təyyarələrinin zərbələri nəticəsində öldürülən beşinci “Hizbullah” hərbi lideridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью