İsrail qaçqınların sığındığı evləri vurub

07.04.2025

Icma.az bildirir, Reyting.az portalına istinadən.


İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopterlər Livanın cənubunda yerləşən Ayt əl-Şaab və Ən-Nokura sərhəd şəhərlərinə hücum edib.
Reyting.az
xəbər verir ki, “Al Mayadeen” telekanalının məlumatına görə, qaçqınlar üçün tikilmiş bir neçə ev vurulub.
Bildirilir ki, bu müvəqqəti tikililər hərbi əməliyyatlar dayandırıldıqdan sonra cənub rayonlarına qayıdan sakinləri yerləşdirmək üçün hazırlanıb.
Hava hücumlarından dərhal sonra vurulan ərazilərə təcili yardım maşınları göndərilib. Yerli hakimiyyət mülki şəxslər arasında itkilərin olduğunu istisna etmir.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью