İsrail Qəzza ilə sərhədləri bağladı

07.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İsrail HƏMAS hücumunun ildönümü ilə bağlı Qəzza ilə sərhədləri bağlayıb, Fələstin ərazilərini təcrid edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumunun 3-cü ildönümü ilə əlaqədar təhlükəsizlik tədbirlərini sərtləşdirib.

İsrail Hökumətinin Fələstin Ərazilərində Fəaliyyətinin Koordinasiyası İdarəsinin (COGAT) yaydığı məlumata görə, Müdafiə Nazirliyinin qərarı ilə Qəzza zolağı ilə bütün nəzarət-buraxılış məntəqələri bağlanıb, İordan çayının qərb sahili isə tam təcrid olunub.

Qərara əsasən, anım günü çərçivəsində Qəzza zolağına humanitar yardımların daxil olmasına da icazə verilməyəcək.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью