İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb

02.03.2025

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.

APA-nın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.

Qeyd edilib ki, İsaril Baş naziri Binyamin Netanyahu əsir və əsirlərin mübadiləsi ilə bağlı razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin nümayəndəsi Stiven Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə bağlı belə qərar verib. Bu gün səhərdən Qəzza bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью