İsrail Qəzza sektoruna zərbə endirib, ölənlər var

09.03.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Ordusu bu gün səhər Qəzza sektorunun şimalına aviazərbə endirildiyini açıqlayıb.

APA-nın xəbərinə görə, İsrail Ordusunun açıqlamasında hərbi birləşmələrin yaxınlığındakı əraziyə bomba quraşdırmağa cəhd edən bir qrupa zərbə endirildiyi bildirilib.

Fələstin mediası isə pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində 2 nəfərin öldüyü barədə məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью