İsrail Qəzza xəstəxanasına kamikadze robotlarla hücum edib

24.12.2024

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

İsrail Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına ilk dəfə olaraq kamikadze robotlarından istifadə edərək hücumlar həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail hərbçiləri xəstəxananı tanklardan atəşə tutub, həmçinin hücumda dronlarda istifadə edib.

Tibb müəssisəsində 400-ə yaxın mülki şəxs var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью