İsrail Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırıb

19.10.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İsrail Qəzza zolağında vəziyyətin gərginləşməsi fonunda humanitar yardımın bölgəyə daxil olmasını müvəqqəti olaraq dayandırıb.

APA xəbər verir ki, bu barədə Ynet portalı məlumat yayıb.

Məlumata görə, belə qərar İsrailin siyasi rəhbərliyi tərəfindən qəbul edilib və humanitar yardımın Qəzzaya buraxılması “növbəti bildirişədək” dayandırılıb.

İsrail bu addımı atəşkəs rejiminin pozulması ilə izah edir və məsuliyyəti HAMAS-ın üzərinə qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью