İsrail Qəzza zolağında beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb

30.11.2026

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Qəzza zolağında yerləşdirilməsi nəzərdə tutulan beynəlxalq qüvvələrin statusu ilə bağlı saziş imzalayıb.

APA xəbər verir ki, bu barədə Qəzza zolağı üzrə Sülh Şurasının ali nümayəndəsi Nikolay Mladenov öz “X” hesabında məlumat verib.

Mladenovun sözlərinə görə, saziş beynəlxalq qüvvələrin ilkin yerləşdirilməsinə yol açır, silahsızlaşdırma, keçid dövrü və bərpa işlərinin başlanmasını yaxınlaşdırır.

Qeyd edək ki, əvvəlki razılaşmaya əsasən, İsrail qoşunları Qəzza zolağında “sarı xətt” adlandırılan mövqeyə çəkilib. Bununla belə, anklav ərazisinin 50 faizindən çoxu İsrailin nəzarətində qalıb.

Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının Qəzzadan çıxarılmasını, beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini və anklavın idarə olunması strukturlarının, o cümlədən “Sülh Şurası”nın fəaliyyətə başlamasını nəzərdə tutur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью