İsrail Qəzza zolağında hərbi əməliyyatları genişləndirə bilər

03.05.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Ordusu yaxın günlərdə Qəzza zolağında hərbi hücumları gücləndirməyə hazırlaşır və bu məqsədlə on minlərlə ehtiyatda olan hərbçinin səfərbər olunacağı gözlənilir.
APA xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, əməliyyatın genişləndirilməsi barədə qərar Benyamin Netanyahunun mayın 3-də keçirdiyi hökümət iclasında qəbul olunub.

Qeyd olunur ki, döyüşlərin intensivləşdirilməsi həm beynəlxalq aləmdə, həm də İsrail daxilində Netanyahunun üzərinə artan təzyiqlər fonunda baş verəcək.
Bu təzyiqlər uzun müddətdir davam edən və çıxış yolu görünməyən HƏMAS-la müharibəyə görə daha da güclənib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью