İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb | Icma.az
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. İsrail Qəzza zolağında quru əməliyyatına başlayıb.
Moderator.az-ın "ABC News"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun Baş Qərargah rəisi general-leytenant Eyal Zamir məlumat verib.
"Əməliyyat çərçivəsində zərbələri gücləndirməyə hazırlaşırıq və məhz bu səbəbdən sizi buraya çağırmışıq.
Artıq Qəzzada quru əməliyyatına başlamışıq", – deyə Zamir son həftələrdə hərbi xidmətə çağırılmış ehtiyatda olan hərbçilərə müraciətində bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu da çərşənbə axşamı ehtiyatda olan hərbçilərə müraciət ünvanlayıb.
"Mən sizə – İsrail Müdafiə Ordusunun əsgərlərinə, ehtiyatçılara və ailələrinizə dərin minnətdarlığımı bildirmək istəyirəm.
Hazırda biz həlledici mərhələdəyik. Sizə inanıram, sizə güvənirəm və bütün xalq sizi dəstəkləyir", – deyə Netanyahu videomüraciətində qeyd e
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu