İsrail Qəzza zolağından daha bir girovun qalıqlarını təhvil alıb

02.12.2025

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İsrail hərbçiləri Qəzza zolağından daha bir girovun meyitini təhvil alıblar.

"Report" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun Ofisindən bildirib.

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail Qəzza zolağı ərazisində həlak olmuş girovun meyitinin olduğu tabutu təhvil alıb", - bəyanatda deyilir.

Yaxın vaxtlarda meyitin qalıqları şəxsiyyətin müəyyən edilməsi üçün İsrail ərazisinə aparılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью