İsrail Qəzza zolağının cənubunda 3.5 km uzunluğunda tuneli məhv etdi

15.07.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail Müdafiə Ordusunun (SAXAL) hərbçiləri Qəzza zolağının cənub hissəsində radikalların tunelini partladıblar.

Oxu.Az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.

"Xan-Yunisdə qoşunlar təxminən 3.5 kilometr uzunluğunda yeraltı tuneli məhv ediblər", - deyə bəyanatda deyilir.

Mətbuat xidmətindən həmçinin bildirilib ki, hərbçilər bu rayonda partlayıcı maddələr və silah dolu anbar aşkar ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью