İsrail Qəzza zolağının şərqində beynəlxalq hava limanı tikmək niyyətindədir

05.02.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fevralın 8-də İsrail hökuməti Qəzza zolağı sərhədindən şərqdə, Negev səhrasında, Müqəddəs Kitabda xatırlanan Ziklaq şəhəri yaxınlığında əlavə beynəlxalq hava limanı tikmək planını nəzərdən keçirəcək.

APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat verib.

"Baş nazir Benyamin Netanyahunun göstərişi ilə bu bazar günü Negevdəki Ziklaqda əlavə beynəlxalq hava limanının yerləşməsi ilə bağlı qərar layihəsi, təsdiq üçün hökumətə təqdim ediləcək", - məlumatda deyilir.

Ofis qeyd edib ki, qərar baş nazir tərəfindən nəqliyyat naziri Miri Regev və Maliyyə, Nəqliyyat və Müdafiə nazirliklərinin yüksək vəzifəli şəxsləri ilə müzakirələrdən sonra verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью