İsrail Qəzzada 44 mindən çox fələstinlini öldürüb

22.11.2024

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

İsrail ordusunun 412 gündür bombardman etdiyi Qəzza zolağında son 24 saatda baş verən ölümlərlə birlikdə ümumi can itkisi 44 min 56-ya yüksəlib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, yaralıların sayı isə ən az 104 min 268-dir.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi qırğınlarda 71 nəfərin həyatını itirdiyi, 176 nəfərin isə yaralandığı bildirilib.

Qeyd edək ki, hücumlar 7 oktyabr 2023-cü ildən etibarən başlayıb.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью