Icma.az bildirir, Axar.az portalına istinadən.
İsrail ordusu Qəzza zolağına yeni hava zərbələri endirib.
Axar.az xəbər verir ki, bu barədə ÇAXAL bəyanat yayıb.
Bildirilib ki, hücum zamanı HƏMAS-a məxsus beş anbar hədəf alınıb.
Məlumata görə, sözügedən anbarlarda partlayıcı qurğular, tank əleyhinə qumbaraatanlar, döyüş sursatı və digər hərbi təyinatlı avadanlıqlar saxlanılırdı.