Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail Qəzza zolağını təhlükəli döyüş zonası elan edib
İsrail avqustun 29-da saat 10:00-dan Qəzza zolağını təhlükəli döyüş zonası elan edib və taktiki atəşkəs rejimini ləğv edir. AYNA.AZ xəbər verir ki, bu barədə “Telegram”da İsrail Müdafiə Qüvvələrinin Mətbuat Xidməti məlumat yayıb.
"Bu gün saat 10:00-dan etibarən yerli taktiki atəşkəs təhlükəli döyüş zonası olan Qəzza şəhəri ərazisində uzanmayacaq", - bildirilib.
Bundan əvvəl Misir Qəzzaya göndəriləcək fələstinli əsgər və zabitləri hazırlamağa başlayıb. Belə bir demarşla Qahirə Qəzzanın özünüidarəsinə və Fələstin Muxtariyyətinə qarşı olan İsrail komandanlığına qarşı çıxacaq.