İsrail Qəzzada daha 4 jurnalisti qətlə yetirdi ADLAR

25.08.2025

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail ordusu Qəzzanın cənubunda yerləşən Nasser xəstəxanasına zərbə endirilib.

"AzPolitika" xəbər verir ki,  bu barədə "Əl-Cəzirə" və "Reuters" agentlikləri məlumat yayıb.

Məlumatda bildirilir ki, işğalçı İsrailin hücumu nəticəsində azı 15 nəfər həlak olub. Ölənlər arasında jurnalistlər də var.

"Əl-Cəzirə"-nin məlumatına görə,  dörd jurnalist həlak olub. Ölənlər arasında "Reuters" agentliyinin operatoru Hossam əl-Masri də var. Onunla yanaşı Məhəmməd Salama, Məryəm əbu Daqa və Moaz əbu Taha adlı jurnalistlərin də həlak olduğu bildirilir.

İsrail ordusu hadisə ilə bağlı rəsmi açıqlama verməyib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью