İsrail Qəzzada daha bir əsgərini itirib

04.06.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


İsrail ordusu şiddətli hücumlar həyata keçirdiyi Qəzza zolağında daha bir əsgərinin öldüyünü açıqlayıb.
Reyting.az
xəbər verir ki, Qəzza zolağının şimalındakı qarşıdurmalarda İsrail ordusunun 6646-cı Kəşfiyyat Batalyonundan 27 yaşlı Alon Farkas adlı əsgər ölüb.
İsrail ordusunun “adlarının açıqlanmasına icazə verilənlər” başlığı altında paylaşdığı məlumatlara görə, Qəzzada ölən əsgərlərin sayı oktyabrın 27-dən 2023-ə qədər artıb.
Qeyd edək ki, İsrail ordusu 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hava hücumları, 27 oktyabr 2023-cü ildən isə qurudan hücumlar təşkil edir.
Qəzzanı tam nəzarətə almağa cəhd edən İsrail əsgərləri ilə Fələstin müqavimət döyüşçüləri arasında tez-tez toqquşmalar olur.
ELÇİN
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью