İsrail Qəzzada danışıqları dərhal bərpa edəcək Netanyahu

22.08.2025

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında girov saxlanılan bütün şəxslərin azad edilməsi və müharibənin dayandırılması ilə bağlı danışıqları dərhal bərpa edəcəyini açıqlayıb.

Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, Netanyahu danışıqların yalnız İsrail üçün qəbul edilən şərtlər əsasında aparılacağlbl deyib.

Nəşr yazır ki, bu açıqlama Misir və Qətərin atəşkəsin müvəqqəti dayandırılması ilə bağlı təklifindən sonra verilib. HƏMAS həmin təklifi qəbul edib.

Buna baxmayaraq, İsrail hərbçiləri qarşısında çıxış edən Netanyahu bildirib ki, o, hələ də HƏMAS-ı məhv etməyi və Qəzza şəhərini ələ keçirməyi planlaşdırır.

Aysel,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью