İsrail Qəzzada didərgin düşmüş mülki insanları hədəfə alıb: Ən azı 12 ölü, çoxlu sayda yaralı var

08.11.2024

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail ordusunun Qəzzanın qərbindəki Şati Qaçqınlar Düşərgəsində didərgin düşmüş mülki şəxslərin sığındığı məktəbə təşkil etdiyi hücumda aralarında qadın və uşaqların da olduğu 12 nəfər həyatını itirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücumda çoxlu insan yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi son açıqlamada Qəzza zolağında həyata keçirilən hücumlarda ən az 43 min 469 nəfərin həyatını itirdiyi, 102 min 561 nəfərin isə yaralandığı qeyd edilib.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью