İsrail Qəzzada döyüşləri gücləndirəcək

25.04.2025

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Qəzzada saxlanılan girovların azad edilməsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunmasa, İsrail ordusu Qəzza zolağındakı əməliyyatların əhatə dairəsini genişləndirəcək.

Bakupost.az xəbər verir ki, bunu İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir deyib.

"Biz əməliyyatlarla təzyiqimizi davam etdirəcəyik və lazım gəldikdə HƏMAS-a nəzarətimizi gücləndirəcəyik. Girovların qaytarılmasında irəliləyiş görməsək, həlledici nəticə əldə olunana qədər atacağımız addımları intensivləşdirəcək və genişləndirəcəyik", - Zamir bildirib.

Qeyd edək ki, İsrail tərəfinin son məlumatına görə, HƏMAS hazırda Qəzzada 24 girovu və 35 girova aid cəsədi saxlayır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью