Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır. İsrail İctimai Yayım Şirkətinin ("Kan") məlumatına görə, zolağa humanitar yardım t
Bildirilir ki, "maksimum təzyiq planı" çərçivəsində başqa tədbirlərin də həyata keçirilməsi istisna deyil.
Eyni zamanda, Qəzzanın mülki əhalisinin yenidən şimaldan cənuba doğru köçürülməsi də mümkündür.
"Bütün bu tədbirlər nəticə verməsə, müharibənin yenidən başladılması qaçılmazdır.
Üstəlik, ABŞ-nin keçmiş rəhbərliyinin göndərdiyi ağır bombalar, həmçinin Tramp hökumətinin göndərdiyi milyardlarla dollar dəyərində silah-sursat da istifadə olunacaq", - məlumatda deyilir.
Qəzzada atəş yenidən qığılcımlanır Xatırladaq ki, yanvarın 19-da İsrail ilə Fələstinin HƏMAS qruplaşması arasında üçmərhələli atəşkəs sazişi qüvvəyə minib.
Sazişə baxmayaraq, tərəflər yenidən müharibəyə qayıtmağa meyilli görünürlər.
Yerli və xarici mətbuat yazır ki, bir-birini atəşkəsi pozmaqda, əsir mübadiləsinin şərtlərini yerinə yetirməməkdə günahlandıran İsrail və HƏMAS, əslində, bir-birindən ciddi həmlə gözləyir.