İsrail Qəzzada əməliyyata hazırlaşır, yeni səfərbərlik dalğası

03.05.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

İsrail ola bilsin ki, bir neçə gün ərzində Qəzzada hərbi əməliyyatı genişləndirməyə hazırlaşacaq.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, ölkə həmçinin on minlərlə ehtiyatda olan əsgəri çağırmağa başlayacaq.

Mənbə bildirib ki, quru əməliyyatının genişləndirilməsi ilə bağlı qərar cümə günü İsrailin Baş naziri Benyamin Netanyahunun təhlükəsizlik kabinetinin iclasından sonra qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью