İsrail Qəzzada HAMAS a məxsus iki silah anbarının məhv edildiyini açıqlayıb

24.08.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

İsrail ordusu Qəzzanın iki məscidində HAMAS-a məxsus silah anbarlarının məhv edildiyini açıqlayıb.

APA xəbər verir ki, Bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Əş-Şati və Deyr əl-Bəlah bölgələrinə endirilən zərbələr nəticəsində onlarla avtomat, sursat və hərbi avadanlığın saxlanıldığı iki anbar məhv edilib.
İsrail ordusu HAMAS-ı məscidlər də daxil olmaqla mülki infrastrukturu silah saxlamaq üçün istifadə etməkdə ittiham edib.

Ordunun məlumatına görə, zərbələrdən əvvəl əhali xəbərdar edilib və mülki itkilərin qarşısını almaq üçün yüksək dəqiqlikli silahlardan və hava müşahidəsindən istifadə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью