İsrail Qəzzada HƏMAS ın daha bir yüksək vəzifəli üzvünü öldürüb

18.03.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

İsrailin Qəzzada həyata keçirdiyi hücumlarda HƏMAS-ın anklavda polis və daxili təhlükəsizlik xidmətlərinə rəhbərlik edən Əbu Vətfa həyatını itirib.

Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.

Bildirilib ki, bundan əlavə zərbələr nəticəsində HƏMAS-ın Siyasi Bürosunun üzvü İssam Daalis da öldürülüb.

Qeyd edək ki, İsrailin atəşkəsi pozaraq Qəzza zolağına etdiyi hücumlarda ölənlərin sayı 322 nəfəri keçib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью