İsrail Qəzzada HƏMAS ın hədəflərinə zərbələr endirib

18.03.2025

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS hərəkatına məxsus hədəflərə irimiqyaslı zərbələr endirib.

APA xəbər verir ki, bununla bağlı məlumat İsrail ordusunun “Telegram” kanalında dərc olunub.

Əməliyyatın təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.

Qeyd edək ki, “Axios” portalının jurnalisti Barak Ravid “X” hesabında İsrailin baş naziri Benyamin Netanyahunun ofisinə istinadən İsrailin Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa etdiyini bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью