İsrail Qəzzada hərbi əməliyyatları bərpa edib

18.03.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Fələstinin “HƏMAS” hərəkatına məxsus hədəflərə zərbələr endirib.

“Report” xəbər verir ki, müvafiq bəyanat İsrailin MQ-nin “teleqram” kanalında dərc olunub.

Əməliyyatın təfərrüatları açıqlanmır.

Bundan əvvəl Amerikanın “Axios” portalının jurnalisti Barak Ravid “X”də Baş nazir Benyamin Netanyahunun ofisinə istinadən İsrailin Qəzzada “HƏMAS”a qarşı hərbi əməliyyatları bərpa etdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью