İsrail Qəzzada humanitar yardım gözləyərkən öldürülən 73 fələstinli ilə bağlı xəbərləri araşdırır

20.07.2025

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail Müdafiə Ordusu Qəzza zolağında humanitar yardım gözləyərkən öldürülən 73 fələstinli ilə bağlı xəbərləri araşdırmağa başlayıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin ilkin məlumatlarında deyilir.

Bildirilir ki, qurbanların faktiki sayı əvvəllər bildiriləndən fərqlidir:

"İsrail ordusu bölgədə itkilər barədə məlumatlardan xəbərdardır və hadisənin təfərrüatları araşdırılır. İlkin təhlillər göstərir ki, ölənlərin sayı ordunun mövcud məlumatına uyğun gəlmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью