İsrail Qəzzada İslami Cihad radikallarına hücum etdiyini açıqlayıb

12.08.2025

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu Qəzza zolağında hərbi hədəflərə və radikal birləşmələrə hücumları davam etdirir.

Bizimyol.info xəbər verir ki, ordunun mətbuat xidmətinin məlumatına görə, qoşunlar Fələstin anklavının bütün ərazisində “terror təşkilatlarına qarşı əməliyyat keçirir”.

“Xüsusilə, zolağın mərkəzi hissəsindəki Deyr əl-Bələh bölgəsində İsrail əsgərləri Fələstin İslam Cihadının bir qrup terrorçusuna zərbələr endiriblər”, - deyə məlumatda qeyd edilir.

Mətbuat xidmətinin məlumatına görə, anklavın cənubundakı Xan Yunisin qərb hissəsində qoşunlar öz istiqamətlərində “minomyotlardan atəş açılan strukturu dağıdıblar”.

“Bundan əlavə, Qəzza zolağının şimal və mərkəzi hissələrində İsrail Müdafiə Qüvvələri terrorçuları məhv edir və terrorçuların obyektlərini dağıdırlar”, - deyə mətbuat xidməti qeyd edib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью