İsrail Qəzzada qaçqın düşərgəsinə hava hücumu: 7 ölü

26.09.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsi İsrail qüvvələrinin hücumuna məruz qalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı məlumat verir.

Zərbə pilotsuz təyyarə ilə həyata keçirilib və mərmilərdən biri qaçqınların məskunlaşdığı çadıra düşüb. Hücum nəticəsində ən azı 7 nəfər həlak olub, ölənlərin sayı hələ dəqiqləşdirilir.

Bildirilib ki, 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrail ərazisinə hücumu və girov götürmələrindən sonra İsrail Qəzzada hərbi əməliyyata başlayıb.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, döyüşlərdə 65 mindən çox fələstinli həlak olub, 167 mindən çoxu yaralanıb, azı 440 nəfər aclıqdan ölüb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью