İsrail Qəzzada saxlanılan və sağlamlıq vəziyyəti pisləşən 10 fələstinlini azad edib

16.04.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İsrail ordusunun azad etdiyi 10 nəfər cənubda Rəfahdakı Kerem Əbu Səlim Sərhəd Qapısı vasitəsilə Qəzzaya daxil olub.
Missiya.Az 
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Sərbəst buraxılanların İsrail həbsxanalarında məruz qaldıqları işgəncələrə görə psixoloji və fiziki sağlamlıqlarının pis olduğu müəyyən edilib. Qəzza zolağının cənubundakı Xan Yunus Avropa Xəstəxanasına köçürülən həmin 10 fələstinlinin sağlamlıq müayinəsindən keçirildiyi bildirilib.

Zərintac Mayisqızı
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью