İsrail Qəzzada yeni atəşkəs təklifi irəli sürüb

20.03.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs üçün İsrail tərəfdən yeni təkliflər alıb, lakin onları hərbi əməliyyatların dayandırılması üçün zəmanət hesab etmir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə radikalların nümayəndəsi Əbdül Rəhman Şədid məlumat verib.

"Biz öz tərəfimizdən İsrailin imzalanmış sazişə əməl etməsini zəruri hesab etdiyimizi bildirdik", - deyə o qeyd edib.

HƏMAS rəsmisi İsrailin yeni təkliflərinə konkret olaraq nələrin daxil olduğu barədə ətraflı məlumat verməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью