Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail ordusu Qəzza zolağının mərkəzindəki Əl-Əqsa Xəstəxanasına zərbələr endirib.
Reyting.az xəbər verir ki, Qəzzadakı hökumətin media bürosunun məlumatına görə, İsrailin döyüş təyyarələri Əl-Əqsa Xəstəxanası və yaxınlıqdakı klinikaları əhatə edən divarın içərisindəki köçkün fələstinlilərin sığındığı çadırlara hücum edib.
Zərbələr nəticəsində yaralananların və maddi ziyanın olduğu, xəstəxanada müalicə alan onlarla xəstənin ölüm təhlükəsi ilə üzləşdiyi bildirilir.
Media ofisinin bəyanatında beynəlxalq ictimaiyyət, Birləşmiş Millətlər Təşkilatı və ona bağlı qurumlar müharibə cinayətləri və qırğınlar səviyyəsinə çatan hücumların dayandırılması, şəhərdəki xəstəxanalar və tibb işçilərinin beynəlxalq müdafiəsi üçün təcili tədbirlər görməyə çağırılıb.
V. QULİYEV