İsrail Qəzzanı bombalayıb 18 fələstinli həyatını itirib

19.12.2024

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


Bu gün İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrini bombalayıb.
Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə İdarəsi məlumat yayıb.
İdarədən bildirilib ki, nəticədə azı 18 nəfər həlak olub: "İsrail döyüş təyyarələrinin Qəzzanın cənubundakı Rəfah şəhərinə hücumunda 1 fələstinli ölüb, 8 fələstinli yaralanıb. Cibaliya Qaçqınlar Düşərgəsində 9 nəfər, Əl-Şati Qaçqınlar Düşərgəsində 8 fələstinli həlak olub, çoxlu yaralılar var".
Xəbərdə deyilir ki, indiyə qədər Qəzzada 45 min 129 fələstinli ölüb, 107 min 338 nəfər yaralanıb.
E.ARAZ
Reyting.az

Ana səhifəyə dön


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью