İsrail Qəzzanı vurdu: 12 ölü

15.03.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün İsrail Qəzza Zolağının mərkəzində avtomobili hədəf alan hava hücumu həyata keçirib.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, hücum nəticəsində 8 polis və 4 mülki vətəndaş həlak olub.

Deyr əl-Bəlahdakı Əl-Əqsa Xəstəxanasının məlumatına görə, polis maşını əl-Zəvayda şəhərində bombalanıb.

HƏMAS-ın Daxili İşlər Nazirliyi ölümləri təsdiqləyərək, qurbanların arasında polis rəisi polkovnik İyad Əbu Yusifin də olduğunu bildirib.

HƏMAS sözçüsü Hazem Qasım İsrailin hücumunu “dəhşətli qırğın” adlandırıb. 

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью