İsrail Qəzzanı vurdu, Türkiyədən bəyanat gəldi

01.02.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağına hücumları ilə bağlı bəyanat yayıb.

Axar.az xəbər verir ki, bəyanatda Qəzzada sülh prosesinin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda həyata keçirilən hücumların sabitliyin bərqərar olması üçün edilən beynəlxalq səyləri təhdid etdiyi vurğulanıb.

Həmçinin bildirilib ki, bu hücumlar bir daha İsrailin bölgədə sülh istəmədiyini nümayiş etdirib.

Əlavə olaraq açıqlamada deyilir ki, İsrail atəşkəsin qorunması və Qəzzaya humanitar yardımın maneəsiz çatdırılmasını təmin etmək də daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş Sülh Planının bütün müddəalarına riayət etməlidir.

Qeyd edək ki, İsrailin ötən gün Qəzzaya endirdiyi hava zərbələri nəticəsində xeyli sayda insan həlak olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью