İsrail Qəzzanı yenə bombalayıb 21 nəfər həyatını itirib

02.04.2025

Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İsrail ordusu bu gün Qəzzanı yenidən bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nəticədə ümumilikdə 21 nəfər ölüb.

Fələstin mediası yazır ki, Xan Yunus şəhərində təkcə fələstinli Abdulbari ailəsinin evinin vurulması nəticəsində 13 nəfər həyatını itirib: "Bundan başqa, Xan Yunisin qərbində məcburi köçkün fələstinlilərin sığındığı çadır atəşə tutulub və nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Rəfah şəhərinin Mirac bölgəsi və Nusayrat Qaçqınlar Düşərgəsinə hücumlarda isə ən azə 7 nəfər həlak olub, çoxlu yaralılar var"

Tahir Şəlvəli
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью