İsrail Qəzzanın cənubunda mühasirəni tamamladı

23.03.2025

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail hərbi qüvvələri Qəzza zolağının cənubunda Rəfah şəhərinin qərbində yerləşən Tell əs-Sultan rayonunu mühasirəyə alıb.

“Ölkə.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.

“Son saatlarda qoşunlar Rəfahdakı Tell əs-Sultanın mühasirəsini tamamlayıblar. Əməliyyatın məqsədi Qəzzanın cənubunda təhlükəsizlik zonasını genişləndirmək üçün bu bölgədəki terror obyektlərini və terrorçuları məhv etməkdir”, – bəyanatda deyilir.

Tell əs-Sultanın mühasirəsi zamanı gecə ərzində hərbçilər “bir neçə terrorçunu məhv ediblər”, həmçinin “son bir neçə ay ərzində HƏMAS terrorçuları tərəfindən komanda-nəzarət qərargahı kimi istifadə olunmuş obyektə məqsədyönlü basqın keçiriblər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью