İsrail Qəzzaya gedən yardımları oğurlayır?

21.08.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Qəzzaya yardımların çatdırılması ilə bağlı müzakirələr qızışıb. Belə ki, BMT yardımın oğurlanması, ələ keçirilməsi və İsrailin anklava daxil olan yük maşınlarına müdaxiləsi ilə bağlı bir daha məlumatlar yayıb.


Missiya.Az "foxnews"a istinadən xəbər verir ki, avqust ayında BMT-nin Layihə Xidmətləri Bürosunun hesabatına görə, mayın 19-dan etibarən təyinat yerlərinə gedən 3140 yük maşınının qarşısı alınıb.

Yalnız 412 yük maşını, yəni regiona göndərilənlərin 11,6%-i hədəfləndikləri yerə çatıb. BMT yardımın "ya ac insanlar tərəfindən dinc yolla, ya da zorla silahlanmış tərəfindən" alındığını bildirib.

İlahə Qənbərli
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью