İsrail Qəzzaya hücum etdi 32 ölü

31.01.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İsrailin ötən gecədən bəri Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 32-yə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qəzzadakı səhiyyə qurumunun açıqlamasında isə bildirilib ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzza zolağına hücumlarda ölənlərin sayı 71769-a çatıb.

Məlumata görə, 10 oktyabr 2025-ci ildə Qəzzada atəşkəs qüvvəyə mindikdən sonra hücumlar nəticəsində 509 nəfər ölüb, 1405 nəfər yaralanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью