Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrail özünün nəzarəti altında olan İordan çayının qərb sahili və İordaniya arasında olan sərhəd keçid məntəqəsini sabah açacaq.
APA xəbər verir ki, bu barədə “Al Arabiyya” İsrail rəsmisinə istinadən xəbər verir.
“Siyasi rəhbərliyin göstərişi ilə malların nəql edilməsina və İordaniyadan Yudea və Samariyaya, eləcə də Qəzza Zolağına yardımların daxil olmasına sabahdan icazə veriləcək” , - rəsmi bildirib.
Onun sözlərinə görə, humanitar yardım daşıyan bütün yük maşınları nəzarət və təhlükəsizlik tədbirlkəri ilə hərəkət edəcək.
Qeyd edək ki, sözügedən sərhəd keçid məntəqəsi sentyabr ayından bəri bağlanıb.