İsrail Qəzzaya PUA zərbəsi endirib, ölənlər var

02.03.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail Qəzzaya pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib, ölənlər və yaralılar var.

APA-nın xəbərinə görə, İsrail Müdafiə Nazirliyi Qəzzanın şimalında israilli hərbçilərə yaxınlaşan və partlayıcı qurğu quraşdırmağa çalışan bir neçə şübhəliyə PUA ilə zərbə endirildiyini açıqlayıb.

Fələstin mediası isə Beyt-Hanunda PUA zərbəsi nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı barədə məlumat yayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью