İsrail Qəzzaya yardım üçün “Kerem Şalom” keçidini yenidən açıb

03.03.2026

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 mart, AZƏRTAC

İsrail Qəzza zolağına humanitar yardımın çatdırılması məqsədilə “Kerem Şalom” sərhəd-keçid məntəqəsini yenidən açıb.

AZƏRTAC ölkənin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə İsrailin Ərazilərdə Hökumət Fəaliyyətləri üzrə Koordinatorluğu məlumat yayıb. Bildirilib ki, təhlükəsizlik qiymətləndirilməsindən sonra qəbul edilən qərara əsasən, yardımın mərhələli şəkildə Qəzzaya daxil olması nəzərdə tutulur.

Keçid ciddi təhlükəsizlik tədbirləri altında fəaliyyət göstərəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью