İsrail Qəzzaya yenidən zərbələr endirdi, ölənlər var

25.10.2026

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrail ordusunun Qəzza zolağına endirdiyi növbəti hava zərbələri nəticəsində azı 7 nəfər həyatını itirib.

Modern.az xəbər verir ki, bu barədə Associated Press agentliyi Fələstinin tibb müəssisələrinin məlumatlarına istinadən xəbər yayıb.

Bildirilib ki, hücumlar nəticəsində daha 8 nəfər yaralanıb.

Məlumata əsasən, Qəzza şəhərində həyata keçirilən iki hücumda 4 nəfər, Xan Yunisdə 2 nəfər, Deyr əl-Bələh şəhərində isə 1 nəfər ölüb.

İsrail ordusu həmin zərbələrlə bağlı dərhal rəsmi açıqlama verməyib.

Qeyd edək ki, 2025-ci ilin oktyabrında atəşkəs razılaşmasının qüvvəyə minməsinə baxmayaraq, Qəzza zolağında hərbi əməliyyatlar davam edir.

Bölgənin Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs dövründə ölən fələstinlilərin sayı 1500 nəfəri ötüb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью