İsrail qırıcıları Hizbullahın bazalarını vurdu: ölənlər var

22.11.2025

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail qırıcıları Livanın şərqində Hizbullahın yeraltı obyektləri və bazalarına kütləvi hücumlar həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Al Jadeed” telekanalı məlumat yayıb.

Məlumata görə, Bədnail, Tərayyə və Şimstar şəhərlərinin ətrafında güclü partlayışlar baş verib.

Bundan başqa, günün birinci yarısında İsrail PUA-larının hücumları zamanı Nəbatiyyə vilayətində Hizbullahın 2 üzvü öldürülüb, daha 5 nəfər yaralanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью